Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda qadın kriminal avtoritetə adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - FOTO
Paytaxt sakini Hüseyn Əsgərov sentyabrın 9-da oğurlanıb. O, 1970-ci il təvəllüdlü Abbasova Aygün Bayram qızından 25 min manat borc alıb və deyilən vaxtda ödəyə bilməyib. Bu zaman Abbasova kriminal aləmin nümayəndələri ilə danışaraq Hüseyni oğurlatdırıb.
Oxu.Az xəbər verir ki, plana əsasən, 1985-ci il təvəllüdlü Kazımlı Könül Allahbaxış qızı Əsgərovu Bakıxanov qəsəbəsindəki kafeyə dəvət edib.
Burada qurbanın başına çuval keçiriblər, maşına oturdaraq Pirşağı qəsəbəsinə aparıblar. Burada ondan 30 min manat tələb ediblər. Əsgərova işgəncə veriblər və bildiriblər ki, 30 min manat borcun 10 minini onlara verməlidir.
Polisə Hüseynin oğurlanması barədə məlumatı oğlu verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində insan oğruları saxlanılıb, girov şəxs isə azadlığa buraxılıb.
Saxlanılanların siyahısı: əvvəllər ölüm işinə görə məhkum olunmuş Allahverdiyev Vasif Dursun oğlu (1982-ci il təvəllüdlü), 1988-ci il təvəllüdlü Hüseynov Şaiq Firdovsi oğlu (qətlə görə məhkum olunub), 1992-ci il təvəllüdlü Fəqan Eminoğlu və sifarişçi Abbasova Aygün.
Qeyd edək ki, Ş.Hüseynov və F.Eminoğlu Sumqayıt sakinləridir.
Araşdırmalar zamanı Könül Kazımlının əri Kazımlı Niyaməddin Sabir oğlunun (1987-ci il təvəllüdlü) da cinayətdə əli olduğu üzə çıxıb. Niyaməddin də adaöldürməyə görə məhkumluq həyatı yaşayıb.
Kazımlı cütlüyü gizlənib. Hazırda əməliyyatçılar onların saxlanılması üçün tədbir görürlər.
Ramella İbrahimxəlilova
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
Rəylər