Bakıda axşam saatlarında intihara cəhd olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 27 yaşlı Sevinc Əsədova Bakıxanov prospektindəki körpüdən özünü atıb.
S.Əsədova müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir. İntihara cəhdin səbəbi bilinmir.
Hadisəni Yasamal polisi araşdırır.