Sosial şəbəkələrdə Bakı məktəblərində uşaqların oğurlanması barədə məlumat yayılıb. Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadına rast gəliblər.
İddia olunur ki, o, azyaşlı qızlara yaxınlaşıb və dilə tutaraq, oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı Şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb:
“Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.
İlhamə Əbülfət
Rəylər