Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi - ANBAAN VİDEO
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və ona qarşı əxlaqsız hərəkətlər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Azərbaycanda qadınları şantaj edən şəxs saxlanıldı
- Azərbaycanda sahibkar çobanı oğurlayıb fermasında girov saxladı
- Abşeronda evə gec gələn kişi arvadının başında fincan sındırdı
- Bakıda qadın üzrünü qəbul etdirmək üçün qonşu kişiyə ayağını öpdürdü
- Sədaqət Qəhrəmanova: "Respublika üzrə dörd qadın prokuror fəaliyyət göstərir"