Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın verdiyi xəbərə görə, marketin qarşısından yolu keçmək istəyən piyada, 2000-ci il təvəllüdlü Baxışova Nəzrin Şakir qızını minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu