Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, avtoqəza Zabrat şosesində baş verib.
Yolu keçən 1975-ci il təvəllüdlü Aynur Tərxan qızı Əmirovanı minik avtomobili vurub.
Qadın açıq kəllə-beyin travması və sağ ayaq sümüklərinin sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Səhiyyə ocağından verilən məlumata görə, piyadanın vəziyyəti ağır qiymətləndirilir.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.