Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yasamaldakı “ASAN xidmət” mərkəzi bir müddət bağlı olacaq - SƏBƏB
Bakının Yasamal rayonundakı 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bağlanacaq.
Bu barədə Oxu.Az-a “ASAN xidmət” mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq:
“Vətəndaşlarımız qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlarımızdan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83
“ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı https://asan.gov.az/service-centers/asan-xidmetler keçidi və ya “108” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar”.
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu
- "ASAN xidmət"də yeni DİREKTOR TƏYİNATI
- "ASAN xidmət"in xanım əməkdaşı qəfil vəfat etdi
- Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək
- "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı