"ASAN xidmət"in qabaqcıl təcrübələrini ərəb regionunda yaymaq, müvafiq təcrübələrimizi bölüşmək, əməkdaşlıq çərçivəsində dövlət idarəçiliyi və innovativ təşəbbüsləri təşviq etmək məqsədilə anlaşma memorandumu imzalanıb".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCWA) Baş katibinin müavini və İcraçı katibi Rania A. Əl-Məşat bu gün keçirilən "Birləşmiş Millətlər Təşkilatının İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı tədbirdə bildirib.
O vurğulayıb ki, ərəb regionu üçün dövlət potensialının gücləndirilməsi üzrə innovasiya gündəliyi xüsusi əhəmiyyət kəsb edir:
"Bəzi ölkələr əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib, mürəkkəb rəqəmsal xidmətləri və qabaqlayıcı tənzimləmələri irəli aparırlar, bəziləri daha yüksək maliyyə səmərəliliyi və daha yaxşı xidmət keyfiyyəti axtarışındadırlar. Digərləri isə münaqişə və ya münaqişədən sonrakı şəraitdə daha da çətin çağırışlarla üzləşirlər. Həmin region boyunca ölkələr münaqişələr, gənclərin işsizliyi, iqlim və su böhranı, eləcə də sürətli texnoloji dəyişikliklərin müxtəlif kombinasiyaları ilə üzləşirlər. Münaqişədən təsirlənmiş mühitlərdə restavrasiya təkcə infrastrukturun yenidən qurulması demək deyil, ilk növbədə institusional bərpadan ibarətdir.
Ərəb dünyasında yenidənqurmanın davamlılığı qarşılıqlı şəkildə bir-birini gücləndirən üç elementdən asılı olacaq: məhsuldar iqtisadi potensialın bərpası, effektiv və hesabatlı qurumların yenidən qurulması, həmçinin münaqişədən təsirlənmiş iqtisadiyyatların regional bazarlara və infrastruktura yenidən qoşulması".