Bakının əsas prospektlərindən birində işıqforun işləməməsi nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Qeyd olunub ki, bu gün səhər saatlarından 8 Noyabr prospektində işıqfor işləmir. Bu isə sürücülər üçün ciddi problem yaradır.
Problemlə bağlı aidiyyəti üzrə sorğu verilib.
Qaynar xətt:
(055) 224 12 12