Bakıda 8 Noyabr prospektində nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) müraciət edən sakinlərin sözlərinə görə, yolda aparılan təmir işləri səbəbindən avtomobillərin hərəkəti çətinləşib.
Vətəndaşlar iki saatdan çoxdur tıxacda qaldıqlarını, yaranmış vəziyyətin narahatlığa səbəb olduğunu qeyd ediblər.
Qaynar xətt:
(055) 224 12 12