Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polisin keçirdiyi tədbirlər nəticəsində 30 yaşlı N.Mustafayevə və 32 yaşlı C.Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb.
Qeyd edək ki, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12