Bakıda məhbusa vintaçanla xəsarət yetirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxt ərazisindəki cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Cəzaçəkmə müəssisəsində cəza çəkən 2001-ci il təvəllüdlü Sənan Ağabala oğlu Həsənov qarın boşluğunun küt alətlə deşilməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Araşdırmalarla ona cəzaçəkmə müəssisəsində vintaçanla xəsarət yetirilməsi faktı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12