"Real Madrid" klubu Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurması ilə bağlı hələlik heç bir paylaşım etməyib.
Oxu.Az "Çempionat" nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu noyabrın 5-də milli komandada çıxışını başa vurduğunu açıqlayıb.
Bundan sonra onun əvvəlki klubları - "Sportinq", "Mançester Yunayted", "Yuventus" və hazırda çıxış etdiyi "Ən-Nəsr" sosial şəbəkə hesablarında portuqaliyalı futbolçuya həsr olunan paylaşımlar ediblər.
Lakin xəbər dərc olunan vaxta qədər "Real Madrid" nə rəsmi saytında, nə də sosial şəbəkə hesablarında Ronaldunun qərarı ilə bağlı açıqlama yayıb.
Qeyd edək ki, Kriştianu Ronaldo Madrid klubunun tarixində ən çox qol vuran futbolçudur. O, "Real Madrid"in heyətində keçirdiyi 438 matçda 450 dəfə fərqlənib.
Portuqaliya millisində isə 234 oyun keçirən hücumçu 146 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb. Ronaldu yığma ilə 2016-cı ildə Avropa çempionu, 2018/19 və 2024/25 mövsümlərində isə UEFA Millətlər Liqasının qalibi olub.