Zaqatalada avtomobil dirəyə çırpılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qazangül qəsəbəsi ərazisində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Faiq Mahmudov VAZ-2106 avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə, maşını dirəyə çırpıb. Sürücü ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12