Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
Bakı şəhəri 112 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
Modern.az-ın məlumatına görə, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.
O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.
Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu. Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.
"Məktəb direktoru" teqi üzrə xəbərlər
- Türkiyədə "Əhməd hadisəsi": Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı
- Məktəb direktorunun başına iş gəldi, xəstəxanalıq oldu
- Emin Əmrullayev: "Direktor tapmaqda çətinlik çəkirik"
- Bakıda bir məktəbə direktor TƏYİN EDİLDİ
- Naxçıvanda altı vəzifəli şəxs işdən çıxarıldı - SƏBƏB
Rəylər