Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda qanunsuz tikilən piyada keçidini kim sifariş verib? - YENİLƏNİB + FOTO/VİDEO
Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi sifariş edən qurum məlum olub.
Oxu.Az-ın məlumatına görə, keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin söküntüsünə dair yayılan görüntülərə münasibət bildirilib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:
“Keçidin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi barədə komitə tərəfindən bir neçə dəfə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb və tikinti-quraşdırma işləri dayandırılıb. Hazırda keçid sökülür. Görülən işlər tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilib”.
Daha çox foto burada: PhotoStock.az
13:20
Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçid sökülür.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, artıq tikilinin bir hissəsi dağıdılıb.
Qeyd edək ki, ərazidə tənzimlənən piyada keçidi var.
Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib.
Sözügedən keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradırdı.
Rəylər