Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda qarajda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
FHN-dən Oxu.Az-a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12 kvadratmetr olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.
Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Hacıqabulda qatarda yanğın OLDU: Zəhərlənənlər var
- Türkiyədə tarixi "Misir çarşısı" ərazisində yanğın olub
- Türkiyədə hoteldə yanğınla bağlı həbs edilənlərin SAYI ARTDI - İki məmur da həbsxanaya göndərildi
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
- Türkiyədə 78 nəfərin həyatını itirdiyi hotel sahibinin həyat yoldaşı ilə bağlı qərar verildi
Rəylər