Bu barədə Vesti.Az-a itkin düşmüş qadının doğma qardaşı Amil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, artıq bir aydır ki, bacısından xəbər-ətər yoxdur. Lakin eyni zamanda, o etiraf edib ki, hələlik Məlahət və onun uşağının axtarışı ilə bağlı polisə müraciət etməyiblər.
“Bizim münasibətlərimiz hələ bu ilin yanvarında pozulub. Bacım bizim iradəmizin əleyhinə olaraq, gənc insana qoşulub qaçdı və ailə qurdu. Onların övladı dünyaya gəldi. Lakin əri tezliklə bacımı atdı” – deyə, Amil Abdullayev bildirib.
Məlumdur ki, ərindən ayrıldıqdan sonra Məlahət doğmalarının yanına qayıtmaq istəyib, lakin qardaşı buna mane olub, evdəkilər onu qəbul etməyiblər. Abdullayeva Nəsimi rayonu ərazisində ev kirayələyirmiş. Bundan başqa, o, bir müddət rəfiqəsinin yanında yaşayıb.
“Biz onu axtarırdıq, düşündük ki, o, özü barədə məlumat verəcək. Lakin indi polisə müraciət etmək istəyirik. Bəlkə onun və uşağının başına nəsə iş gəlib? Bu fikirləri bizi çox sıxır. Mən, o zaman bacımı qəbul etmədiyim üçün vicdan əzabı çəkirəm” – deyə, qardaş bildirib.
Hörmətli oxucular, sizin bu qadın və onun körpəsi barədə hər hansı məlumatınız vardırsa, o zaman zəhmət olmasa aşağıdakı telefonla əlaqə saxlayın: (+99455) 752 63 03.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin