Yasamal qəbiristanlığında yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yanğın günorta saatlarında başlayıb və hələ də davam edir.
Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin həm Yasamal, həm də Səbail bölməsindən yanğınsöndürən maşınları və çox sayda canlı qüvvəsi cəlb olunub.
Hadisənin nə səbəbdən baş verdiyi dəqiq bəlli deyil. İlkin ehtimal kimi quru otların qəsdən yandırılması, yaxud da qəbiristanlığa gələn şəxslərdən birinin sönməmiş siqareti əraziyə atması olduğu istisna edilmir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata görə, alov iki hektardan çox əraziyə ziyan vurub.
Alovla mübarizəyə canlı qüvvə və texnika cəlb edilib.
E.Ə.
www.oxu.az