Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsinin çökməsi nəticəsində bir nəfərin yıxılaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində rayonun Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.
Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.