Azərbaycanlı gənc Elşən Məmmədov Bakının mərkəzində sevdiyi qıza “flashmob”lu evlilik təklifi edib.
Oxu.Az Bizimyol-a istinadən xəbər verir ki, Fəvvarələr meydanında ətrafını sararaq rəqs edən gəncləri görən Nailə Kərimli heyrətini gizlədə bilməyib.
“Flashmob”u izlədikdən sonra Elşən Məmmədov üzüyü çıxararaq Nailəyə evlilik təklifi edib.
Təklifə “bəli” deyən Kərimli Elşənlə rəqs edib.
14.02.2017 (23:15)
Hər il olduğu kimi, bu il də “Sevgililər günü” ilə bağlı fikirlər birmənalı olmayıb.
Sosial şəbəkələrdə “mişka”lara qarşı kütləvi “aksiya” keçirilsə də, şəhərin mərkəzində heç də o ab-hava hiss olunmurdu.
Qızlar əlindəki “mişka”, gül və digər hədiyyələrlə çox xoşbəxt görünürdülər.
Hələ evlilik təklifi üçün bu günü seçən cütlüklər də var idi.
Oxu.Az Qafqazinfo-ya istinadən paytaxtda “Sevgililər günü”ndə çəkilən maraqlı kadrları təqdim edir:
S.B.