Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu gün saat 03 rdələrində Babək prospekti 27 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun sürdüyü 90 FB 511 nömrə nişanlı "Nissan Teana" maneəyə çırpılıb.
Yüksək sürətlə hərəkət edən avtomobil maneəyə çırpılandan sonra bir neçə dəfə aşıb.
Sürücü və 2 sərnişini tamamilə yararsız vəziyyətə düşən avtomobilin içində qalaraq vəfat edib. Avtomobildə olan 22 yaşlı Xəlili Vaqif Habil oğlu isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə aparılıb. FHN-in xilasediciləri onu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil verib.
Hazırda qəzada ölən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
09:04
Bu gecə Azərbaycan paytaxtında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb, 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:18-də başa çatıb.
E.Ə.
www.oxu.az