Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən özünü ataraq intihar edən qadının şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, özünü hündürlükdən atan qız 1990-cı il təvəllüdlü Dadaşova Ayşə İlqar qızı olub.
O, ailəli imiş və azyaşlı övladı qalıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Araşdırmalar davam etdirilir.
15:05
Bakının Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binada bir qız özünü çoxmərtəbəli binanın 19-cu mərtəbəsindən ataraq intihar edib.
Oxu.Az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, qızın 23 yaşı olub.
E.Ə.
www.oxu.az