Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib.
Digər kompressorlar və restoran yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.