Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda sahibkar yeni gətirilən avtobusların təkərlərini deşdi
Bakıda köhnə marşrut sahibi yeni sahibkarın gətirdiyi avtobuslara hücum çəkib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bayıl qəsəbəsində qəsəbədaxili marşrut kimi fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazi İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub. Belə ki, onun yeni avtobusların təkərlərini deşərək maddi ziyan vurduğu bildirilir. Digər tərəfdən, köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.
Qeyd edək ki, eyni avtobuslar kiçiktutumlu olsa da, yenidir və isitmə-soyutma sisteminə malikdir. Ayaq üstdə duran sərnişinlərlə birlikdə 27 nəfəri daşıya bilir. Hazırda xəttə 4 yeni avtobus buraxılıb.
Məlumata görə, Niyazi İsmayılov hazırda Səbail polisi tərəfindən saxlanılıb. Yeni avtobusların şüşələrini də qırmaqla hədə-qorxu gələn iş adamı barəsində ciddi tədbir görüləcək. Onun ziyan vurduğu avtobusların isə artıq 2 ədədi xəttə çıxıb. Digərləri də gün ərzində sərnişinlərə xidmət göstərəcək.
"avtomobillər" teqi üzrə xəbərlər
- Hibrid krossover almaq üçün fürsət: 1 illik servis xərcləri hədiyyə edilir
- Tanımadığı şəxs ona etibarnamə verdi, sonda sürücülük hüququ məhdudlaşdırıldı
- Sürücülərin cərimələnməmək üçün əl atdıqları "yollar"
- Üstü yazılı maşınlar CƏRİMƏLƏNƏCƏK? - RƏSMİ CAVAB
- Azərbaycanlılar Gürcüstan avtomobil bazarını Çinə niyə dəyişdilər?
Rəylər