Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda salınan qeyri-adi velosiped zolağı müzakirə mövzusu oldu
Bakıda velosiped zolaqlarının bəzi ərazilərdə peşəkar formada salınmaması iddia olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Vətəndaş bildirir ki, velosiped zolağının bu cür formada salınması həm anlaşılmaz, həm də velosipedçilər üçün uyğunsuzdur.
"Bilən varsa, izah etsin ki, velosiped zolağı niyə park olunan avtomobillərin arxasından keçib getməlidir? Üstəlik, bu cür dönüş bucağı qoymaq hansı məntiqə sığır?" - deyə vətəndaş yazıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə mikromobillik zolağının təşkili istiqamətində işlər tam yekunlaşmayıb:
"Ərazidə tikinti işləri yekunlaşandan sonra mövcud problem kimi görünən məsələlər də həllini tapacaq".
Əzizə İsmayılova
"Velosiped zolağı" teqi üzrə xəbərlər
- Deputat: "Mikromobillik şəhəriçi hərəkət etməyin yeni və ətraf mühitə dost yoludur"
- Velosiped və skuter istifadəçilərinin sayı artır, Bakıda mikromobillik inkişaf edir
- "Küçələr dardır, metro stansiyaları olmasa, hər şey daha da pis olar" - Paytaxtda sorğu
- Deputat: "Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır"
- Bakının yeni NƏQLİYYAT TRENDİ: Velosiped və skuterlər