Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci kilometrliyində bərpa işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.
Qaynar xətt:
(055) 224 12 12