Bakı şəhərində marketdə xarab məhsul satılıb.
Bu barədə Oxu.Az-a vətəndaş şikayət ünvanlayıb.
Belə ki, sakin marketlərin birindən sərinləşdirici içki alıb. Evdə onu açan zaman kiflənmiş olduğunu görüb:
View this post on InstagramMövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə qurumun Bakı regional bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb:
“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda, qida zəncirinin istənilən mərhələsində baş verən nöqsanlarla bağlı vətəndaşlardan agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməsi xahiş olunur. Daxil olan müraciətlər qanunauyğun şəkildə araşdırılır və lazımi addımlar atılır”.
İlhamə Əbülfət
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Menyuda bir qiymət, hesabda başqa məbləğ: Müştəri hüquqlarını necə qoruya bilər? - Foto
- Naxçıvan duzu ilə bağlı iddia: "Qayaları üyüdüb satırlar" - Foto/Video
- Bakıda yüzlərlə saxta alkoqollu içki hazırlanıb - Foto
- Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
- "Çıraq Palace"da ciddi nöqsanlar: İylənmiş ət, süni kürü... - Video
Digər xəbərlər