Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda sərnişin avtobusu yandı
Bakı şəhəri, Qaradağ rayonu ərazisində, Lökbatan dairəsində sərnişin avtobusunda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb".

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN: "Bəzi ərazilərdə suyun çəkilərək kənarlaşdırılması davam edir"
- Bulvarda dənizdən meyit tapılıb
- Fövqəladə Hallar Nazirliyi su basmış ərazilərlə bağlı məlumat yaydı
- Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı AÇIQLAMA
- Çox sayda nöqsanın olduğu şadlıq evi bağlandı