Hövsan qəsəbəsində 21 saylı evdə yaşayan, BDU-nun Geologiya fakültəsinin məzunu, 1989-cu il təvəllüdlü Əliyev Ərəstun Əlövsət oğlu axtarılır.
O, iyulun 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Əliyevin valideynlərinin sözlərinə görə, Ərəstun evdən çıxarkən işə getdiyini deyib. Bacısı Sevinc Əliyevanın sözlərinə görə, qardaşı artıq altı ay idi ki, AzFarm şirkətində çalışırdı. Ən azından Ərəstun Əliyev ona belə demişdi.
“İtkin düşdükdən bir həftə sonra o, Facebook sosial şəbəkəsindən istifadə edib, onun şirkətdə olması qeyd edilib. Biz Ərəstunun həmkarı olduğunu ehtimal etdiyimiz iki nəfərə zəng vurduq, amma onların nömrələrinə zəng çatmır. Şirkətdə belə bir adamın burada heç vaxt işləmədiyini dedilər. Biz qardaşımın itkin düşməsinin məhz iş ilə əlaqədar olduğundan şübhələnirik”, - Sevinc Əliyeva Vesti.Az-a söhbət əsnasında bildirib.
Bundan başqa, Əliyevlər qeyd ediblər ki, Ərəstunun Hövsandakı dostlarına 1000 manat borcu var. Bunu Ərəstun valideynlərinə özü demişdi. Polisdə həmçinin Ərəstunun pasportunun evdə qaldığını və bu səbəbdən də onun Azərbaycanı tərk etməsi ehtimalının özünü doğrultmadığını bildiriblər. Hal-hazırda bu informasiyanı yoxlayan cinayət axtarış əməliyyatçıları oxuculara yardım üçün müraciət edirlər.
Bu gənc oğlanı görən şəxslərdən 452 02 02 və 452 48 15 nömrələrinə zəng edərək xəbər vermələri xahiş olunur.
