Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda şirkətin yarım milyon manatını mənimsəyən qadına hökm oxunub
Bakıda “RİCH S.A” MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.
Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "ƏDV dələduzluğu" ilə 1,2 milyon manat mənimsənildi
- Casusluqda ittiham olunanlar hakim qarşısına çıxarıldı
- Qızını boşatdırdığı üçün arvadını öldürdü - Dəhşətli cinayətin DETALLARI
- Musiqiçi şirkət rəhbəri bir milyon manatı necə mənimsəyib? - MƏHKƏMƏ İŞİ
- "Kanal-11"in rəhbəri Teymur Kərimova hökm oxunub
Rəylər