Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bu il Bakıdakı ümumtəhsil məktəblərini bitirəcək məzunların sayı ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, idarənin İctimaiyyətlə Əlaqələr sektorundan ANS PRESS-in sorğusuna cavab olaraq bildirilənə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərini bu il 20 410 nəfər şagird bitirir.
İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan həmçinin bildiriblər ki, birinci sinfə gedən uşaqların sayı ancaq qəbul tam bitdikdən sonra bilinəcək.
İdarədən “Son zəng” tədbirlərinin hansı tarixdə keçiriləcəyi məsələsinə də aydınlıq gətiriblər. Bildirilib ki, bununla bağlı müvafiq əmr olduqdan sonra dəqiq tarix açıqlanacaq.
Qeyd edək ki, Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs ilində dərslər sentyabr ayının 15-də başlayacaq.
Nazirliyin mətbuat xidmətindən bildirilənə görə, dərs ilinin vaxtının uzadılması məsələsinə hazırda baxılır:
“Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə nazirlikdən sorğumuza cavab veriblər.