Bakının Nərimanov rayonunda qadın sürücü qəza törədib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Təbriz Küçəsi, 38 ünvanında qeydə alınıb. 99 AE 778 nömrəli “Nissan”ın qadın sürücüsü dayanmış vəziyyətdə olan 99 DK 467 nömrəli “Opel”ə çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, “Nissan” sürətlə hərəkət edirmiş. Qəza nəticəsində xanım sürücü qol nahiyəsindən xəsarət alıb. O, qəzadan sonra hadisə yerini tərk edib.
“Opel”in sürücüsü Vaqif Rəhimovun sözlərinə görə, evində yatarkən qəfil səsə ayılıb. Dərhal çölə çıxan V.Rəhimov maşının vurulduğunu görüb. Hadisə yerinə sığorta şirkətinin nümayəndələri gəldikdən sonra “102” xidmətinə zəng vurulub və hadisə yerinə polis çağırılıb.