Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılimış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol qəzaları paytaxtda Bakıda baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, respublika üzrə qeydə alınan yol qəzalarının 30 faizdən çoxu da elə məhz Bakının payına düşür.
Belə ki, baş vermiş qəzalardan birində görünür ki, svetofor işləmir.
Daha doğrusu, gecə olduğu üçün sarı işıq sayrışır. Yəni, sağı-solu, piyada keçidini gözləməklə keçib getmək olar.
Amma gəlin baxaq görək bu “Mersedes”in sürücüsü nə edir. Taksi fəaliyyəti ilə məşğul olan sürücü maşını yüksək sürətlə idarə edir. Piyada keçidində piyadaları görüb-görmədiyini dəqiq demək çətindir. O, yolu keçən üç piyada qadından arxaya qalanı vurub azı 10 metr irəli tullayır.
Sürücü bunu görür və yəqin ki, adam vurduğunu da dərk edir. Lakin maşını saxlamır və hadisə yerindən qaçır. Maraqlıdır ki, sanki digər maşınlar da az qala yolun ortasına döşənmiş yaralı piyadanı və onunla birlikdə az öncə yolu keçən yaxınlarını görmürlər. Hətta, bir maşın az qalır ki, onların hər üçünü əzib keçsin.
Bakıda son günlərdə baş vermiş qəzaların videogörüntülərini təqdim edirik.