Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda tarakanların “at oynatdığı” məşhur restoranın sahibi barədə qərar verildi - VİDEO
Bakının Xətai rayonu ərazisində yerləşən “50 Qəpik” adlanan restoranda antisanitar vəziyyətlə bağlı başlanılan araşdırmanın nəticəsi bəlli olub.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirlib.
Qeyd olunub ki, müraciətə Agentliyin Bakı regional bölməsində baxılıb:
“Müraciət əsasında Agentlik əməkdaşları tərəfindən “50 Qəpik” kafesində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq, növbədənkənar yoxlama aparılıb.
Aparılan yoxlama zamanı müəssisədə yaranma ehtimalı fiziki təhlükəli amillər təhlil edilib, qida obyektinin rəhbərliyinə sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verilib. Eləcə də qanunvericiliyin və texniki normativlərin, hüquqi aktların tələbləri izah olunub. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb”.
Xatırladaq ki, bir müddət əvvəl “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restoranda yeməklərin yanında tarakanın gəzdiyinə dair videogörüntülər yayılmışdı.
Könül Cəfərli
Rəylər