Buzovna qəsəbəsində yerləşən Cabayev adlı hamam təmizlənib.
Oxu.Az-ın məlumatına görə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən hamamda təmizlik işləri həyata keçirilib.
Hamam 1902-ci ildə inşa edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Baku TV şərq memarlığı üslubunda tikilmiş hamamın zibilliyi xatırlatması ilə bağlı süjet hazırlamışdı.
Bildirilib ki, qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib.
İlhamə Əbülfət