Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda tarixi abidəyə müdaxilə edən obyekt sahibi ilə bağlı qurumdan AÇIQLAMA
Bakıda tarixi memarlıq abidəsinə müdaxilə edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, paytaxtın Yasamal rayonu ərazisində olan memarlıq abidəsinin fasad hissəsinə müdaxilə edilib.
Yaranan görüntü insanların narazılığına səbəb olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi halların qarşısını almaq üçün tədbirlər görülür:
“Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3551 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə faktı barədə məlumatımız var. Şəhərin bir çox yerində abidələrə uzun illər ərzində bu cür müdaxilələr olunub. Belə halların qarşısının alınması üçün mütəmadi tədbirlər görülür.
Qeyd olunan ünvanda yerləşən abidədə fəaliyyət göstərən obyekt sahibinə də müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”.
Nəzrin Vahid
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Firəngiz Əlizadə: "Niyazi biləndə ki Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi"
- İsmayıllı Mədəniyyət Mərkəzində işçilərin ixtisar edilməsinin SƏBƏBİ BİLİNDİ
- "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib
- Beynəlxalq konfransın əcnəbi iştirakçıları Xudavəng monastırı ilə tanış olublar
- "Qordi düyünü"nə düşən inşaat - Tikintisi doqquz ildir ləngiyən Mədəniyyət Sarayı