Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 22 ünvanında yol kənarındakı bir neçə işıq dirəyi qəzalı vəziyyətdədir.
Məsələ ilə bağlı Baki Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən Oxu.Az-a bildirilib ki, müəssisənin mütəxəssisləri tərəfindən işıq dirəyinə baxış keçirilib və dirəyin dekorativ hissəsində yerdəyişmənin baş verməsi müəyyən edilib, dirəyin sütün hissəsinin isə tam qaydasında olduğu aşkar edilib. Bəzək elementindəki problem qısa vaxt ərzində aradan qaldırılılıb.
17:20
Bakıda işıq dirəkləri təhlükə saçır.
Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi 22 ünvanından gedir.
Yol kənarındakı bir neçə işıq dirəyinin vəziyyəti videogörüntüdəki kimidir. Küləkli havada isə durum daha da qəlizləşir: dirəyin üzərindəki iri lampalar elə yellənir ki, sanki qopacaq.
Həmin görüntüləri təqdim edirik:
Könül Cəfərli