Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli deputat Ermənistanla sərhədin açılması üçün əsas şərti açıqlayıb
“Azərbaycanla Ermənistan arasında bütün problemlər həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədini açmayacaq”.
APA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ankarada “Türkiyə-Azərbaycan Dostluq Vəqfi” və Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə baş tutan anım mərasimində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əks olunan Konstitusiyasını dəyişməlidir, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bu prosesi yaxından izləyir.
Şamil Ayrım, həmçinin, iki ölkənin münasibətlərinin Şuşa Bəyannaməsindən irəli gələn prinsiplərə uyğun olaraq daha da dərinləşdiyini bildirərək, bütün Türk dünyasının birləşməsinin son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
"Şuşa" teqi üzrə xəbərlər
- İcma sədri: "Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir"
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- 2024: İlklər və uğurlar ili
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları