Azərbaycan paytaxtında ata qızının itkin düşməsi barədə polisə məlumat verib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, Aydın Hüseynli polisə ərizə ilə müraciət edərək bildirib ki, qızı, Təfəkkür Universitetinin 4-cü kurs tələbəsi 1993-cü il təvəllüdlü Nigar Hüseynli ötən gün yaşadığı Sabunçu rayonu, Sülh küçəsi ev2/7 mənzil 106 ünvanından rəfiqəsi ilə görüşmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda polis ərizə üzrə araşdırma aparır.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin