Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda qəza: Aşan avtomobildə xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
"Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti stabildir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O, qeyd edib ki, yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti stabil olduğundan ambulator müalicə üçün evə buraxılıb.
08:26
Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.
Mehdi Mehdiyev idarəetməsində olan "Toyota Prius" markalı maşında olarkən telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb.
Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sürücü bildirib ki, telefonda naviqator proqramına baxarkən diqqəti yayınaraq qəza törədib.
Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.
Əzizə İsmayılova