Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Laçında 36 milyonluq layihənin icrasına başlanılır](https://images.oxu.az/2024/05/29/6ypVnAIaoXfUcl9U61lZmM3qYqg52Sl0dVdM2OQQ:1200.jpg)
Laçında 36 milyonluq layihənin icrasına başlanılır
Laçın rayonunun Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Qeyd edilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.
Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.
"Laçın" teqi üzrə xəbərlər
- Laçının tarixi məhəllələri haqqında maraqlı faktlar
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür
- İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib
- Laçının işğaldan azad edilməsindən dörd il ötür
- Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək