Güləbird yaşayış məntəqəsində 432 yerlik məktəbin tikintisi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı mövcud prosedura start verilib.
Layihə çərçivəsində, həmçinin, 80 yerlik bağçanın tikintisi də həyata keçirilməlidir.
Sözügedən işlərə 8 milyon 925 min 973 manat pul xərclənəcəyi ehtimal edilir.
Xatırladaq ki, daha əvvəl adıçəkilən kənddə 150 fərdi yaşayış evinin tikintisi ilə bağlı proses başlayıb. Sözügedən işlərə 33 milyon 648 min 168 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.