İşğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində sentyabrın 25-də mina partlayışı hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Ağcabədi rayon sakini - 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.