Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 7 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 18 m² sahədə və içərisində təmirə dayanan “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.