Bakının ən böyük prospektlərindən birində cavan oğlan atası yaşda kişiyə hücum çəkib. Yoldan keçənlər kişini gəncin əlindən alıblar. Gənc oğlanın yaşlı kişi ilə əlbəyaxa döyüşü kameralara da düşüb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Nobel prospektindəki "Nargilə" kafesinin yanında baş verib.
Bu cür küçə döyüşü yüzlərlə sürücünün tıxacda qalmasına səbəb olub.