“Avtomobili arakəsmə bordürün üstünə qaldıraraq yolun əks istiqamətinə keçən sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb”.
Bunu Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
“Sürücü Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə dəvət olunub, ona hüquq və vəzifələri izah edilib və qanunamüvafiq tədbirlər görülüb”, - deyə R.Əhmədli bildirib.

12:24
Bakıda sürücünün verdiyi qərar təəccüb yaradıb.
Belə ki, tıxacdan çıxmağa çalışan sürücü avtomobili arakəsmə bordürün üstünə qaldıraraq yolun əks istiqamətinə keçməyə qərar verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Videonu təqdim edirik:
Əzizə İsmayılova