Bakının Neftçilər prospektində ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Tofaş” markalı avtomobilin sürücüsü “Azneft” meydanına doğru hərəkətdə olarkən idarəetməni itirib və Nefçilər prospektində yerləşən “Ermenegildo Zegna” geyim mağazasına girib.
Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb kimi sürücünün avtomaşını yüksək sürətlə idarə etməsi göstərilir.
Səbayıl Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Ermenegildo Zegna” italyan markalı bahalı kişi geyimləri satılan mağazalardan biridir.
www.oxu.az