Bu gecə yağan yağış Bakıda uçquna səbəb olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, sakinlər bildiriblər ki, Biləcəri qəsəbəsi, Qabil Suleymanov küçəsi, 42 saylı binanın qarşısındakı tikili yağışın təsiri ilə uçub.
Hadisə nəticəsində iri plitələr uçaraq sakinlərin maşınlarının üzərinə aşıb.
Bir neçə minik avtomobilinə ciddi ziyan dəydiyi bildirilir.