Sabunçu rayonunda 18 yaşlı qız intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsində bildiriblər.
Hadisə noyabr ayının 17-də saat 18.00-da baş verib. Məhəmmədli kəndində yaşayan, 1996-cı il təvəllüdlü Abdullazadə Ləman Süleyman qızı həyat ilə hesablaşmaq üçün qeyri-adi üsul seçib. Qız bir nəfərlik çarpayını şaquli şəkildə qoyaraq elektrik naqillərinin vasitəsilə özünü asıb.
İntiharın səbəbi hələ ki, aydınlaşdırılmayıb. Sabunçu rayon Prokurorluğu bu istiqamətdə iş aparır.